Xankəndidə xeyli silah-sursat tapıldı 

09:55 23.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xankəndidə xeyli silah-sursat tapılıb.

Bu barədə hafta.az DİN-dən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 22-də Xankəndi şəhəri ərazisində 8 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 1 pulemyot, 3 tüfəng, 8 ədəd qumbara, 43 patron darağı, 2297 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.